Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 17:39
Liflə zəngin olan çiyələk orqanizmə qarın nahiyəsində təhlükəli piyləri əritməyə kömək edir.
Bu piylər hormonların tarazlığını və funksiyasını, eləcə də hüceyrələrin insulinə həssaslığını pozur. Piylər həmçinin qanın laxtalanmasına səbəb olur ki, bu da ürək problemlərinə və bəzən erkən ölümə gətirib çıxarır.
İngiltərənin "Wake Forest" Baptist Tibb Mərkəzinin araşdırmasına görə, məhz lif həzm olunan qidanın mədədən bağırsaqlara keçməsini ləngidir və bununla da piydən xilas olmağa kömək edir.
Müəlliflər həmçinin xatırladıblar ki, çiyələkdə pis xolesterin və triqliseridləri aşağı salan, həmçinin çəkiyə nəzarət etməyə kömək edən amin turşusu olan antosiyanın yüksək konsentrasiyası var.