Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 19:36
Tarkan bir neçə gündür dindarlar tərəfindən tənqid olunan Sezen Aksuya dəstək olub.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda paylaşım edib.
"Sezen Aksu mahnıları və varlığı ilə bu torpaqlarda vicdanın, qəlbin səsi olan, ölkənin ən böyük dəyərlərindəndir. Candır, canımızdır. Son günlərdə ona edilən hörmətsizlik, haqsızlıq və ayıb heç vaxt unudulmayacaq, tarixə yazılacaq", - deyə, Tarkan bildirib.
Qeyd edək ki, dindarlar Aksunun 2017-ci ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı "Şahane bir şey yaşamak" mahnısındakı "salam söyləyin o cahil Həvva ilə Adəmə" sözlərinə etiraz edirlər.