Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında altı şəhərə qar yağıb

Səudiyyə Ərəbistanında altı şəhərə qar yağıb

Tarix: 22 Yanvar 2022 08:54

Səudiyyə Ərəbistanının 6 şəhərində qar yağıb, bəzi yerlərdə havanın orta temperaturu mənfi 3 dərəcəyədək enib.

Milli.Az "Report"a istinadən bildirir ki, Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl Qahtani Sibirdən gələn soyuq hava kütlələrinin səbəb olduğu anomal havaların həftənin sonunadək davam edəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərazisində yanvarın əvvəlindən soyuq hava şəraiti hökm sürür. Belə ki, ayın 19-da Turaif bölgəsində 6, Qürəyyat bölgəsində 5, Ərar bölgəsində 4 dərəcə şaxta qeydə alınıb.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanında altı şəhərə yağıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ