Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sitrus meyvələri yetişdirənlərə subsidiya verilir - VİDEO

Sitrus meyvələri yetişdirənlərə subsidiya verilir - VİDEO

Tarix: 24 Yanvar 2022 15:44

Sitrus meyvələri bağlarının həcmi artarsa Azərbaycanın bu məhsula olan tələbatının hamısı yerli istehsal hesabına ödənilə bilər.

Bu, dövlətin sitrus meyvələrinin yetişdirilməsinə verdiyi maliyyə dəstəyi ilə mümkün olacaq.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hesablamalar göstərir ki, bu məhsullar üzrə idxalın illik dəyəri bir neçə milyon dollar təşkil edir. Yerli istehsal genişlənsə bu vəsait də ölkədə qalar. Odur ki, sitrus meyvələri yetişdirmək istəyənlər üçün yüksək məbləğli birdəfəlik subsidiya veriləcək.

Firdovsi Fikrətzadənin sözlərinə görə, sitrus meyvələri üçün əsas ərazi hesab edilən cənub bölgəsində əhaliyə paylanan pay torpaqları sahələrinin az olması da böyük həcmli bağların salınmasında ləngimələr yaradır. Amma prosesi sürətləndirmək üçün təkliflər var.

Qeyd edək ki, Azərbaycan sitrus meyvələrini kənardan idxal etsə də, min tona qədər ixrac potensialı var. Bu meyvələrin ixracı üçün ən cəlbedici bazar isə hazırda Rusiya hesab olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sitrus meyvələri yetişdirənlərə subsidiya verilir VİDEO


RƏYLƏR