Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 14:12
Bakı. Samir Əli - Trend:
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.
"Azərbaycan Avtomobil Yollları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı-bərpa işləri aparılır.
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin