Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda avtomobil 54 yaşlı kişini vurub

Yasamalda avtomobil 54 yaşlı kişini vurub

Tarix: 25 Yanvar 2022 08:28

Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarətlər yetirib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Hüseynov Nazim Mikayıl oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün, qabırğaların sınığı və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Yasamalda avtomobil 54 yaşlı kişini vurub


RƏYLƏR