Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 13:24
29 il sonra Türkiyənin Antalya bölgəsinə qar yağıb. Uşaqlar buna sevinsələr də, böyüklərin problemləri artıb.
Sonxeber.net Türkiyə mediasına istinadən bildirir ki, ölkədə yolların əksəriyyəti qapadılıb, İstanbulda və böyük şəhərlərdə fərdi minik avtomobillərindən istifadəyə müvəqqəti yasaq qoyulub. İstanbulda güclü qar səbəbindən Arnavutköydə xəstə helikopterlə xəstəxanaya çatdırılıb.
Bu gün yerli vaxtla saat 13.00-dək İstanbulda ictimai nəqliyyat istisna olmaqla, bütün avtomobillərin hərəkəti qadağan edilmişdi.
Güclü qar səbəbindən İstanbul ətrafındakı su anbarlarında suyun səviyyəsi 54,1 faizə çatıb.
Yollar buz bağladığından İstanbulda metropolitenin iş vaxtı gecə saat 2-yədək uzadılıb.
"Türkiyə Hava Yolları" aviaşirkəti İstanbul beynəlxalq hava limanından bütün uçuşları dayandırıb.
İstanbul valisi Ali Yerlikaya ictimai asayişin mühafizəsi, səhiyyə və nəqliyyat sahələrində çalışanlardan savayı, bütün dövlət qulluqçularının məcburi qısamüddətli məzuniyyətə buraxıldıqlarını, onların evdə qalmalarının istəndiyini deyib.