Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 18:44
Abşeron rayonun Masazır kəndi Qaçaq Nəbi küçəsində yollar yararsız vəziyyətdədir. Həmin küçə ilə hərəkət edən avtomobillərin detalları sıradan çıxır. Aidiyyatı üzrə çağrılan avtomobillər bu küçəyə gəlməkdən imtina edirlər. Sakinlərin sözlərinə görə bu çətinlik uzun müddətdir ki, davam edir. Yol nə zaman təmir olunacaq? Suala Masazır kənd bələdiyyəsindən aydınlıq gətirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır kəndindəki bu yol sürücüləri təngə gətirib.
Sakinlər deyirlər ki, buranı qışda palçıqdan, yayda isə toz-torpaqdan keçmək hər kəsə əziyyət verir.
Sakinlərin sözlərinə görə Qaçaq Nəbi küçəsi, Mirzə Ələkbər Sabir küçəsi ilə kəsişmədə yerləşir. İddialara görə, küçənin yolu yararsız vəziyyətdə olduğundan əraziyə təcili tibbi yardım briqadaları və taksi sürücüləri gəlmək istəmirlər.
Məsələ ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qurum rəsmisi Ceyhun İsmayılov problemin nə zaman həll ediləcəyinə aydınlıq gətirib.
İndi sakinlər tezliklə yolun təmir ediləcəyi günü gözləyirlər.