Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 18:56
Plastik qapı pəncərələrə demək olar hər evdə rast gəlinir. Bəzən ustaya gedəndə yaxşısını düzəldin "hava evə keçməsin" kimi fikirlər səsləndirilir. Pəncərəni yeniləyirsən qış olan kimi külək elə bil evin içində əsir. Təbii ki, bu halda evi qızdırmaq olmur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, evə görünüş verən əsas hissələrdən biri də qapı və pəncərələrdir. Bu, həm də evin düzgün işıqlanması və havalanması üçün vacibdir. Bəzən əsas seçimimiz olan plastik qapı-pəncərələrdə də müəyyən problemlər aşkarlanır. Ən çox da bu nöqsanlar soyuq aylarda ortaya çıxır. Yəni biz evi isitməyə çalışarkən, çöldəki soyuq hava qapı və pəncərələrin arakəsmələrindən mənzilədaxil olur.
Usta Tural Rüstəmov deyir ki, pəncərədən havanın keçməməsi üçün ilk növbədə rəzələr düzgün vurulmalıdır. Həttayaranan 2-3 millimetrfərq belə problemə səbəb ola bilər.
Ustanın sözlərinə görə belə qapı və pəncərələri düzgün açıb-bağlamadıqda da hava keçirə bilirlər.
Rüfət usta isə bildirir ki, plastik qapı-pəncərələrin yay və qış rejimləri olur. Hər il oktyabr və aprel aylarında bu rejimlər tənzimlənməlidir.
Ustaların sözlərinə görə, düzgün istifadə edilərsə,plastik qapı-pəncərələr 20 ilə qədər sıradan çıxmır.