Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir - SƏBƏB?

İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir - SƏBƏB?

Tarix: 3 Sentyabr 2019 16:04

Bakı. Elnur Bağışov - Trend:

İran başqa ölkələrin İranda seldən zərərçəkənlərə 3 milyon avroluq maliyyə yardımından istifadə edə bilmir.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi deyib.

Ə.Peyvəndinin sözlərinə görə, həmin vəsait Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının hesabındadır: "ABŞ-ın İrana qarşı sanksiyalarına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin valyuta hesabı bağlanıb".

Qeyd edək ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.


Etiketlər:  İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ