Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramil Nabrana qarşı dələduzluq!

Ramil Nabrana qarşı dələduzluq!

Tarix: 26 Yanvar 2022 17:45

Tanınmış repçi Ramil Nabrana qarşı dələduzluq olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində məlumat verib. R. Nabran deyib ki, sözügedən hallar sosial şəbəkələrdə yaşanır:

"Bir telefon mağazasına mənim adımdan kimsə zəng edir. Deyir, Ramil Nabranın qohumuyam, ona hədiyyə almaq istəyirəm, özünün xəbəri olmasın. Sonra deyirlər ki, kartınıza pul köçürdəcəyik. Telefonu alırlar, amma pul ödəmirlər.

Bundan sonra mənim menecerimə mağaza sahiblərindən zəng gəlir ki, Ramil Bakıdadır? Onda başa düşürəm ki, bu hal yenə təkrarlanıb. Bir neçə ayda 5-6 dəfə tərkarlanıb. Daxili İşlər Nazirliyinə müraciət edirəm ki, belə hallar nəzarətə götürülsün. Zərərçəkən şəxslər də polisə şikayət etsinlər".

Milli.Az


Etiketlər:  Ramil Nabrana qarşı dələduzluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ