Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balkan ölkələrində son illərin ən sərt qışı yaşanır

Balkan ölkələrində son illərin ən sərt qışı yaşanır

Tarix: 26 Yanvar 2022 23:26

Balkan ölkələrindən Bosniya və Herseqovina, Monteneqro və Serbiyada son illərin ən sərt qışı yaşanır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Bosniya və Herseqovinanın Buqoyno şəhərində bu gün ölçülən ən aşağı temperatur -12 olaraq qeydə alınıb. Paytaxt Sarayevoda havanın temperaturu -8 dərəcə, Byelasnitsa dağında isə temperatur -16 dərəcə olub.

Bosniya və Herseqovina Federal Hidrometeorologiya İnstitutundan bildirilib ki, günün ikinci yarısında ölkədə şimaldan gələn mülayim hava axınlarında artım müşahidə olunacaq. Havanın temperaturu mənfi 4-1 dərəcə arasında dəyişəcək, ölkənin cənubunda -7 dərəcə olacaq.

"Narıncı" və "qırmızı" meteoroloji həyəcan siqnallarının verildiyi Monteneqronun Kosanitsa şəhərində bu gün havanın temperaturu -10 dərəcə olub. Qeyd edək ki, yanvarın 25-də Kosanitsada ölkədə indiyədək ən aşağı temperatur (-33,2 dərəcə) qeydə alınıb.

Serbiya Hidrometeorologiya İnstitutu ölkənin əksər ərazilərində havanın temperaturunun mənfi 14-6 dərəcə, dağlıq rayonlarda isə -20 dərəcə olacağını açıqlayıb. Əhaliyə xüsusilə səhər saatlarında diqqətli olmaları tövsiyə olunub.

Bildirilib ki, bu gündən etibarən Serbiyanın şimalında, sabah isə digər bölgələrdə havanın temperaturu tədricən artacaq.


Etiketlər:  Balkan ölkələrində illərin sərt qışı yaşanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ