Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miokard infarktı zamanı ağrı hansı nahiyələrdə olur? - Uzman kardioloqdan cavab

Miokard infarktı zamanı ağrı hansı nahiyələrdə olur? - Uzman kardioloqdan cavab

Tarix: 27 Yanvar 2022 21:27

"Miokard infarktının erkən ağırlaşmaları infarktın ilk saatları və günlərində baş verir".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. Həkimin sözlərinə görə, gecikmiş ağırlaşmalara isə infarktdan sonrakı stenokardiya, durğunluq, ürək çatışmazlığı, sol mədəciyin xroniki anevrizması daxildir.

"Ağırlaşmış mərhələdə olan miokard infarktı zamanı sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə ağrılar yayılır. Ağırlaşmalar miokard infarktının gedişini də ağırlaşdırır.
Miokard infarktının ağırlaşmaları zamanı ilk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstrasistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər".
O, bildirib ki, durğun xırıltılar, ağciyər ödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur. Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin perikard boşluğuna qansızmaya səbəb ola bilər.
Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.
"Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır", - deyə uzman həkim əlavə edib.

Milli.Az


Etiketlər:  Miokard infarktı zamanı ağrı hansı nahiyələrdə olur Uzman kardioloqdan cavab


RƏYLƏR