Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çavuşoğludan Putinin Türkiyəyə gözlənilən səfəri barədə - Açıqlama

Çavuşoğludan Putinin Türkiyəyə gözlənilən səfəri barədə -  Açıqlama

Tarix: 27 Yanvar 2022 21:39

"Türkiyə-Rusiya Zirvəsi üçün Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət etdi. Yanvar ayı üçün bəzi təkliflər oldu, amma uyğun gəlmədi".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"İndi önümüzdəki müddət ərzində Putinin Pekin Olimpiadasından döndükdən sonra bir tarix verə biləcəklərini dostlarımıza söyləyiblər.

Bu gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da bu barədə açıqlama verib", - XİN rəhbəri qeyd edib.

Milli.Az


Etiketlər:  Çavuşoğludan Putinin Türkiyəyə gözlənilən səfəri barədə Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ