Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Niyə pedofilləri uran mədənlərinə işləməyə göndərməyək?''

''Niyə pedofilləri uran mədənlərinə işləməyə göndərməyək?''

Tarix: 28 Yanvar 2022 02:24

Pedofillər uran hasilatı kimi ağır və təhlükəli işlərə cəlb edilməlidir.

Sonxeber.net xəbər verir ki, bunu lenta.ru-ya müsahibəsində Rusiya Daxili İşlər Nazirliyinin kriminal eksperti və keçmiş əməliyyat əməkdaşı Mixail İqnatov deyib. O hesab edir ki, ölkədə pedofil, azyaşlı qatili və manyakların cəza çəkmə formatına yenidən baxılmalıdır.

"Bu gün onlar 2-3 nəfərlik qrup halında kameralarında oturur, ibadət edir, kitab oxuyur və gündə yarım saat gəzirlər", - məhkəmə eksperti qeyd edib.

"Ancaq Rusiyada bir çox çətin və təhlükəli iş var - deyək ki, uran hasilatı. Niyə eyni pedofilləri uran mədənlərinə, təbii ki, ağır mühafizə altında göndərməyək? Orada onlar dövlətə xeyir verə bilərdilər", - İqnatov bildirib.

Anar Əli


Etiketlər:  Niyə pedofilləri uran mədənlərinə işləməyə göndərməyək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ