Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2022 20:20
Müğənni Günel Zeynalova həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu güllələnərək öldürülən Ece Erkənə dəstək olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi Eceni tənqid edənlərə səslənib.
"Əcəb oldu" yazırlar. Bir insan, bir həyat yoldaşı, bir övlad, ata öldü. Tanımıram, amma çox üzüldüm, şok oldum, bir can almaq bu qədər asan olmamalıdır. Allah rəhmət eləsin səbir diləyirəm. İnsanlığımızı harada itirdik, bilən var? Axtarmağa gedəcəm, tapsam, nə gözəl. Hər ölümdən sonra acılarınızı yarışdırmaqdan və sizə bənzəmir deyə, insanları təhqir etməkdən əl çəkin. Acının rəngi, dili, irqi yoxdur. Kimin gözyaşı kirpiyindən düşüb yanağına düşürsə, qismətdir. Qismət bizim də taleyimizdir" deyə, Günel paylaşımında qeyd edib.
Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.