Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 13:20
Amerikalı aktyor Ceyson Momoa "Cəld və Hiddətli" ("The Fast and the Furious") franşizasının növbəti hissəsində iştirak etmək üçün danışıqlar aparır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, daha çox "Forsaj" adı ilə tanınan filmdə onun konkret hansı obrazı canlandıracağı hələlik məlum deyil, ancaq mediada Momoanın yeni cani rolunda oynayacağı ehtimal edilir. Məlumata görə, danışıqlar son mərhələdədir.
Danışıqlar müsbət sonlanacağı təqdirdə o, Vin Dizel, Mişel Rodriqes, Tayriz Qibson və başqalarının komandasına qoşulacaq. Şarliz Teronun geri dönəcəyi ehtimalı isə yüksəkdir.
Rejissor kreslosunu yenidən Castin Lin tutacaq.