Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 21:08
"Apple" şirkətinin gəlirləri təchizat zəncirindəki çətinliklərə baxmayaraq, illik müqayisədə 11 faiz artıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, texnologiya nəhəngi 2022-ci ilin ilk rübündə satışlardan 123,9 milyard dollar gəlir əldə edib.
"Apple" bu dövr əzində məhsul satışından 104,4 milyard dollar və xidmətlərdən 19,5 milyard dollar qazanıb. Məhsul kateqoriyaları üzrə göstəricilərə nəzər saldıqda, şirkət, "iPhone" satışlarından 71,6 mlrd. dollar, "Mac"dan 10,8 mlrd. dollar, "iPad"dan 7,2 milyard dollar, geyilə bilən əşyalar və ev aksesuarlarının satışından isə 14,7 milyard dollar gəlir əldə edib.