Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda COVID-ə yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

Bakıda COVID-ə yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

Tarix: 2 Fevral 2022 11:18

COVID-19-a yoluxmuş və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş iki hamilə qadından biri üçəm, biri dördəm dünyaya gətirib.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, yanvarın 26-da Mərkəzə gətirilən 44 yaşlı hamilə qadın vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib:

"Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlandırılması qərarını alıb və 4 gün sonra, yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti stabil, ikisinin vəziyyəti isə ağır olaraq qalır" - məlumatda bildirilib.


Etiketlər:  Bakıda COVID yoluxan hamilələrdən biri üçəm digəri dördəm dünyaya gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ