Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 16:44
Rusiyanın Perm diyarında 3D printerdə "Terminator"un surətini yaradan proqramçı Aleksandr Osipoviç ölən babasının şüurunu robota yerləşdirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, "Terminator" analitik sistemi və sağlığında babasının iştirakı ilə çəkilmiş köhnə videolar sayəsində onu "canlandıra" bilib.
İxtiraçı robota yeddi saatlıq video yükləyib, sonra isə onları rəqəmsallaşdırıb.
"Nitqin tanınması sistemindən istifadə edərək, "Terminator" media fayllarını mətnə çevirdi. Sonra mətni sözlərə və cümlələrə böldü, özü üçün bilik bazası yaratdı, başqa sözlə desək, babanın qeyddə söylədiyi bütün sözləri yaddaşda saxladı. Qalan hər şey intuitiv olaraq hesablanıb", - deyə o bildirib.
Osipoviçin sözlərinə görə, "Şüurun Simulyasiyası" texnologiyası yaxınlarını itirdiyi üçün ağır böhran keçirən insanlar üçün faydalı ola bilər. Texnologiya dəyişdirilə və başqa bir texnologiya ilə (üz klonlama texnologiyası) birləşdirilə bilər.