Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapıldı

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapıldı

Tarix: 4 Fevral 2022 10:26

Qax rayonunda iki həftə əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Qax rayonu Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında yaşadığı kəndin ərazisindəki su kanalından tapılıb. Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qaxda itkin düşən yaşlı kişinin meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ