Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron Ukrayna məsələsi ilə bağlı Bayden və Ərdoğanla danışıqlar aparacaq

Makron Ukrayna məsələsi ilə bağlı Bayden və Ərdoğanla danışıqlar aparacaq

Tarix: 5 Fevral 2022 08:30

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsinin həlli ilə bağlı ABŞ Prezidenti Cozef Bayden və münaqişənin həllində vasitəçilik etmək istəyən Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransa rəhbərinin özü açıqlayıb. Makron ABŞ və Türkiyə liderləri ilə telefonla danışacağını deyib.

Cümə axşamı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla bir çox liderlərlə telefon danışığı aparan Makron fevralın 7-də Putinlə Moskvada, çərşənbə axşamı, fevralın 8-də isə Kiyevdə Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcək.

Qeyd edilir ki, Fransa rəhbəri səfərlərdən əvvəl həftə sonu Ukrayna məsələsinin həllində rol oynaya biləcək liderlərlə danışıqlarını davam etdirəcək.

Milli.Az


Etiketlər:  Makron Ukrayna məsələsi ilə bağlı Bayden Ərdoğanla danışıqlar aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ