Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arterial təzyiqin düzgün ölçülmə QAYDASI

Arterial təzyiqin düzgün ölçülmə  QAYDASI

Tarix: 5 Fevral 2022 23:45

Arterial təzyiqi ölçən tonometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.

Hipertoniyadan əziyyət çəkənlərin çoxunun evində təzyiqi ölçən aparata rast gəlmək olar. Amma onun dəqiqliyi, elektron və mexaniki aparatlar arasındakı müqayisələr çoxlarını narahat edir. Göstəricilərin bir-birindən fərqli olması xəstəni və həkimi çaşdıra, dəqiq diaqnoz qoymaqda çətinlik yarada bilər.

Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova AZƏRTAC-a deyib: "Hazırda manjetli və üzərində əqrəbləri olan tonometrlərdən istifadə edilir.

Klassik aparatların həssaslığı daha yüksəkdir və doğru rəqəmləri almaqda həkimə kömək edir. Lakin ən mühüm məsələlərdən biri də təzyiqin düzgün ölçülməsidir.

Son vaxtlar geniş yayılmış elektron cihazlardan da istifadə olunur. Bəzən onun göstəricilərinin doğru olub-olmadığı ilə bağlı şübhələr yaranır, lakin kiçik rəqəm fərqlərinin olması təşviş yaratmamalıdır".

Mütəxəssislərin fikrincə, klassik tanometrlər daha dəqiq və etibarlıdır. Aparatdan düzgün istifadə edilməsi üçün bəzi qaydalara əməl etmək lazımdır. Məsələn, əl-qolun hərəkəti, manjetin bərkidilməsi təzyiqi ölçən zaman rəqəmə öz təsirini göstərir.

Odur ki, aparatdan istifadə qaydalarına düzgün əməl olunmaldıır. İlk növbədə qolu bərk, hamar səthə qoymaq lazımdır. Manjet geyim üzərindən bağlanılmamalıdır. Təzyiqi iki dəfə ölçmək lazımdır və onların arasında 7 dəqiqə fasilə verilməlidir. Bu, əzələ və damarların əvvəlki vəziyyətinə qayıtması üçün tələb olunan vaxtdır.

Tonometr olmadığı şəraitdə də təzyiqi yoxlamaq mümkündür. Bunun üçün nəbzi ölçmək lazımdır və alınan göstərici ikiyə vurulur. Nəbz 60-dan aşağıdırsa, deməli, təzyiq düşüb, 90 və daha çoxdursa, yüksəlib. Əlbəttə, bu üsuldan yalnız istisna hallarda istifadə etmək olar.

Milli.Az


Etiketlər:  Arterial təzyiqin düzgün ölçülmə QAYDASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ