Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədi sakinini elektrik cərəyanı vurub öldürdü

Ağcabədi sakinini elektrik cərəyanı vurub öldürdü

Tarix: 7 Fevral 2022 10:48

Fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağcabədi rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Ağcabədi sakinini elektrik cərəyanı vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ