Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikaya ''Fernand'' yaxınlaşır

Meksikaya ''Fernand'' yaxınlaşır

Tarix: 4 Sentyabr 2019 20:24

Bakı. Trend:

Atlantik okeanı üzərində formalaşmış “Fernand” tropik qasırğası Meksika sahillərinə yaxınlaşır.

Trend-in məlumatına görə, hazırda qasırğa Tamaulipas ştatından 150 kilometr məsafədədir.

Küləyin sürətinin saniyədə 23 metrdən çox olduğu deyilir. Qasırğa leysan yağışlarla da müşayiət olunacaq.

Meksikanın şimal-şərq sahillərində qasırğa xəbərdarlığı edilir. “Fernand”ın ABŞ-ın Texas ştatına da toxunacağı gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikaya Fernand yaxınlaşır


RƏYLƏR