Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bugatti”ni maksimal sürətlə sürən şəxs həbs oluna bilər - VİDEO

“Bugatti”ni maksimal sürətlə sürən şəxs həbs oluna bilər - VİDEO

Tarix: 7 Fevral 2022 13:48

Çexiyalı iş adamı Radim Passer həbs riski ilə üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Almaniyada ictimai yolda "Bugatti Chiron" hiperkarını maksimal sürətlə idarə edib.

Yarışlar 2021-ci ilin iyun ayında Vittenberq yaxınlığındakı 10 km-lik A2 avtomobil yolunda baş tutub. Hiperkarın sahibi maksimum sürəti yoxlamaq üçün ümumi istifadədə olun yolun üç zolaqlı hissəsini seçib və yarış zamanı özünün 1500 at güclü "Bugatti Chiron" avtomobilində saatda 417 kilometr sürət yığıb. Ötən ilin sonunda iş adamı avtomobilin içindən çəkilmiş və kupenin sürətini aydın şəkildə göstərən videonu "YouTube"-da yerləşdirib.

Milli.Az


Etiketlər:  Bugattini maksimal sürətlə sürən şəxs həbs oluna bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ