Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub

Tarix: 8 Fevral 2022 23:58

Futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Milli.Az "Report"a istinadən bildirir ki, yarımfinalda Misirin "Əl-Əhli" klubunu 2:0 hesabı ilə məğlub edən Braziliya "Palmeyras"ı adını həlledici oyuna yazdırıb. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasındakı digər yarımfinal matçının qalibi olacaq. Bu qarşılaşma fevralın 9-da keçiriləcək.

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.

Milli.Az


Etiketlər:  Klublararası dünya çempionatında ilk finalçı bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ