Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibində yeni məşqçi

''Qarabağ''ın rəqibində yeni məşqçi

Tarix: 5 Sentyabr 2019 09:52

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL-də məşqçi təyinatı gerçəkləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə, Kipr təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Onunla 2021-ci ilin mayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 35 yaşlı keçmiş müdafiəçi  karyerası ərzində Portuqaliyanın "Penafiel" (2002-2004), "Maritimu" (2005-2006, icarə), İngiltərənin "Çelsi" (2004-2007) və Kiprin APOEL  (2007-2019) klubunda oynayıb.

 


Etiketlər:  Qarabağın rəqibində yeni məşqçi


RƏYLƏR