Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saməddin Məmmədov azadlığa çıxdı

Saməddin Məmmədov azadlığa çıxdı

Tarix: 10 Fevral 2022 07:58

Bloqer Saməddin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə "Azadlıq" qəzetinin feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, bu gün Cəlilabad rayon məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Saməddin Məmmədov, onun oğlu Nahid Məmmədov və bacısı oğlu Elsevər Məmmədov barəsində hökm oxunub.

Saməddin Məmmədov 2 il 8 ay, Nahid Məmmədov 2 il, Elsevər Məmmədov isə 1 il 6 ay şərti olaraq azadlıqdan mərhum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədovlə birlikdə Cəlilabad rayonunun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Saməddin Məmmədov azadlığa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ