Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 14:55
İctimai TV-də yayımlanan "Dikdaban" proqramının aparıcısı İlahə Şixlinskaya hava limanındakı gömrük nəzarətindən narazıdır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, məşhur aparıcı sosial şəbəkədə status yazaraq aeroportda çıxış zamanı aparılan yoxlanışlardan narahat olduğunu bildirib.
"Azərbaycandan başqa, daha hansı ölkədə sərnişin hava limanından çıxdıqda (yəni gediş yox, gəliş) onun əşyaları gömrük tərəfindən yoxlanılır? Neçə ölkədə olmuşam, belə bir hal ilə rastlaşmamışam!
Əsas məsələ isə ondadır ki, hamını yoxlamırlar, sadəcə "face control"un anasını "ağladırlar".