Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürüb

Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürüb

Tarix: 12 Fevral 2022 17:24

Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, "Azavqrup" işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Etiketlər:  Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürüb


RƏYLƏR