Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Meydanda baş verənlərin səbəbkarı hakimdir'' - Murad Musayev

''Meydanda baş verənlərin səbəbkarı hakimdir'' - Murad Musayev

Tarix: 12 Fevral 2022 20:04

"Deməliyəm ki, meydançada nə baş verdisə, referi buna doğru irəliləyirdi və istədiyinə nail oldu. O, işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim fit çalmırsa, amma eyni epizodda digər tərəfə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var. Mən oyunun daha az dayanmasının tərəfdarıyam. Amma bunun nəticəsi oldu".

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları cavab oyununda baş verən qalmaqala münasibət bildirərkən deyib.

Sözügedən görüşdə "Sabah"ın 2 futbolçusu - Aleksey İsayev, Səlahət Ağayev və M.Musayev qırmızı vərəqə ilə cəzalandırılıb.

"Sabah"ın baş məşqçisi daha sonra bildirib: "Əgər imkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın. Belə alındı ki, o, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda futboldan həzz ala bilmədik. Meydanda baş verən hər şeyin səbəbkarı hakimdir. Amma hakimə görə uduzmadıq. Belə hakimlik edilirsə, daha yaxşı oynamalıyıq. İlk hissədəki kimi oynamalıydıq. Hakimin meydanda etdiklərini çoxdandır, görməmişəm. Nə etmək istəyirdisə, ona nail oldu".

Milli.Az


Etiketlər:  Meydanda baş verənlərin səbəbkarı hakimdir Murad Musayev


RƏYLƏR