Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verildi

Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verildi

Tarix: 13 Fevral 2022 14:48

Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən bildirir ki, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.

Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.

Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.


Etiketlər:  Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ