Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhvə ömrü uzadır

Qəhvə ömrü uzadır

Tarix: 14 Fevral 2022 06:24

Alimlərin 10 il ərzində 500 min insan üzərində apardığı araşdırma qəhvənin insan ömrünü uzatmağa kömək etdiyini ortaya çıxarıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, daim qəhvə içənlər qəhvə içməyənlərdən 12% daha uzun yaşayırlar. Üstəlik, insult və ürək-damar xəstəlikləri riski də qəhvə içənlərdə içməyənlərə nisbətən təxminən 20% azdır. 

Qəhvənin bu faydaları yalnız üyüdülmüş forması üçün keçərlidir.

Eyni zamanda, qəhvə xərçəng, diabet və demensiya riskini azaltmaqda təsirli olan minerallar və antioksidantlar ehtiva edir.

Gündə 3 fincandan artıq qəhvə istehlakı məsləhət görülmür.


Etiketlər:  Qəhvə ömrü uzadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ