Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda uşaq bağçası qarət edildi

Bakıda uşaq bağçası qarət edildi

Tarix: 14 Fevral 2022 15:22

Bakıda uşaq bağçası qarət olunub.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Etiketlər:  Bakıda uşaq bağçası qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ