Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 21:38
"Xarici ölkələrdə 3800 iranlı məhbus var".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İranın Məhkəmə Sistemi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi deyib.
O, bildirib ki, bu məhbusların 2000 nəfəri Türkiyədədir.
"Bu rəqəm olduqca çoxdur. Ölkə vətəndaşlarından digər ölkələrin qayda-qanunlarına əməl etmələrini istəyirik".
Onun sözlərinə görə digər ölkələrdə olan bəzi iranlı məhbusların vəziyyəti ürəkaçan deyil. Məhkəmə sistemi vətəndaşların ölkəyə qaytarılması üçün işləri davam etdirir.