Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 23:56
Dünya Bankı Rusiya və Ukrayna arasındakı mövcud gərginlik səbəbindən öz işçilərini müvəqqəti olaraq Ukraynadan çıxarır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" Dünya Bankının əldə etdiyi sənədinə əsasən məlumat yayıb.
"Dünya Bankı Qrupunun əsas prioriteti əməkdaşlarımızın və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etməkdir. Evakuasiya məsələləri ilə bağlı siyasətimizə uyğun olaraq, əməkdaşların müvəqqəti yerdəyişməsi aparılır, gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür", - sənəddə qeyd olunur.
Qeyd edilir ki, Dünya Bankı Ukraynada fəaliyyətini davam etdirir.