Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı məşhurların kredit borcları: 2000-70 000 AZN - VİDEO

Azərbaycanlı məşhurların kredit borcları: 2000-70 000 AZN - VİDEO

Tarix: 15 Fevral 2022 19:15

Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı Afaq Gəncəlinin "Şourum" verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2000 AZN-dən 70 000 AZN-dək kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektronik avadanlıqlar da yer alıb. 

Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən "Avroviziya" təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.


Etiketlər:  Azərbaycanlı məşhurların kredit borcları 2000 VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ