Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib

Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib

Tarix: 16 Fevral 2022 12:06

Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib.

Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində paytaxt sakini O.Əliyevin idarə etdiyi "Fiat" markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Etiketlər:  Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ