Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 22:40
Bakı. Trend:
"Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasında (ÇL) 2018/2019 mövsümünün ən sürətli oyunçusu olub.
Trend-in məlumatına görə, hollandiyalı müdafiəçinin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə ilk matçda sürəti saatda 34.5 kilometr olub. "Mançester Siti"nin futbolçusu Leroy Sane (34.4) ikinci, "Mançester Siti"nin oyunçusu Kayl Uoker (34.2) üçüncü olub.
Qeyd edək ki, Vircil van Deyk Avropada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin