Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 14:34
Ermənistan əhalisinin canından azərbaycanofobiya görünür hələ uzun müddət çıxmayacaq. Özlərini müharibə iştirakçıları adlandıran bir qrup insan azərbaycanlı deputatların ölkələrinə gəlişinə etiraz olaraq hava limanına gedən yolu bağlayıblar.
Sonxeber.net xəbər verir ki, fevralın 21-də müharibə iştirakçıları "Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb və Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana gəlməsinin əleyhinə olduqlarını bildiriblər. Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir. Beləliklə, ermənilər bununla da, azərbaycanlı deputatların ölkəyə gəlməsindən necə narahatlıq keçirdiklərini və qorxduqlarını ifadə etmiş olublar.
Kamran Seyidov