Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 20:35
Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə tənqid yazanlardan gileylənib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Şourum" proqramına açıqlamasında mərhum reper Anar Nağılbazdan da danışıb:
"Deməmişəm fəhlə pis işdir, asandır. Nə olardı hamı oxuyardı, ali təhsilli olardı. Bu gün də deyirəm ki, Anar Nağılbazı sosial şəbəkələr məhv etdi. Kim əlini atıb klaviaturada yazıb, yəqin vicdan əzabı çəkdi. Dedi ki, mənim də onun ölümündə əlim oldu. Xalq artistləri var ki, əsəbdən, stresdən yatağa düşüb.
Türkiyəli müğənni İzzet Yıdlızhan düzünə bir söz dedi: evdə uşaqlarımız, ailəmiz baxır, soyunub lüt efirə çıxırsınız. Gülşən və Handeyə demişdi. Adamın nəsli, uşağı qalmadı söydülər. Adam yatağa düşdü".