Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 11:00
Ona görə xeyirdən-şərdən, əyləncələrdən qalmışıq, istədiyimiz qidadan olmuşuq, ailəmizdən uzaq düşmüşük"
Sonxeber.net xəbər verir ki, Yunan-Roma güləşçisi, "Şöhrət" ordenli idmançı Rəsul Çunayev Moderator.az-ın suallarını cavablandırıb.
- Rəsul, siz kifayət qədər uğurlu idmançı, dünya ölkələrində bir sıra qalibiyyətlər qazanmış şəxssiz. "Bura qədər qazandığım uğurlar kifayətdir" deyib dayanmısınız, yoxsa üzərinizdə daim işləyirsiniz?
- Əlbəttə ki, daim öz üzərimdə işləyirəm. Qazanılan uğurlar arxada qalıb artıq, yeni uğurlara doğru addımlamalıyıq. Yerində sayıb dayanmaq olmaz.
- İdmançının uğur əldə etməsi əksər hallarda kimdən asılıdır?
- Əlbəttə ki, öncə insanın özündən asılıdır. Təbii ki, məşqçi də, mühit də rol oynayır. Nə qədər də güclü məşqçi olursa-olsun insan özü istəməsə mümkün deyil ki, nailiyyət qazansın.
- Bəzi hallarda güclü məşq edirsən, gecəni-gündüzünə qatırsan, amma yenə də tam qalibiyyət əldə etmək müşkül məsələyə çevrilir. Bu zaman idmançı nə etməlidir?
- İnsan gərək heç vaxt ruhdan düşməsin. Ruhdan düşdünsə sanki sənin üçün həyat dayanır. Əksinə daim çalışmalısan. Bəzən belə hallarla tez-tez rastlaşırıq. Təbii ki, gənc yaşlarımızda bu daha çox olurdu. Amma özümüzü toparlayırıq, çünki düşünürük ki, qarşıda bizi böyük uğurlar gözləyir.
- Bu günkü uğurlarınız hansı qurbanlar hesabına başa gəlib?
- Xeyirdən-şərdən, əyləncələrdən qalmışıq, istədiyimiz qidadan olmuşuq, ailəmizdən uzaq düşmüşük. Həyatda heç nəyi asan əldə etmək mümkün deyil. Hər bir kiçik uğurun arxasında böyük əziyyət və zəhmət dayanır.
- Yarışa çıxmazdan öncə nə düşünürsünüz?
- Yarışa özümü hazır hiss edirəmsə gedirəm və yalnız qələbə haqqında düşünürəm. Bunun üçün mübarizə də aparıram. Əlbəttə ki, idmanda qələbə olduğu kimi məğlubiyyət də var, bu qaçılmazdır. Psixoloji olaraq özümüzü buna kökləyirik. Bəzən də elə olub ki, aldığım zədələr ciddi olduğundan yarışa çıxmaq istəməmişəm, amma əvəzedici insan olmadığından məcbur olub özüm çıxmışam.
- Bir idmançını məhv etmək istəyirsənsə... Bu cümləni zəhmət olmasa siz tamamlayın.
- İdmançılar müxtəlifdir, onların xarakterləri də həmçinin. Baxır kimin əlindən nəyi alsan idmandan uzaqlaşar, məhv olar?!
- Hər zaman rəqslərinizlə seçilirsiniz. Rəqs müəllimi yanına gedirsiniz yoxsa bu da sizin bacarığınızdır?
- Xeyr, heç vaxt rəqs müəlliminin yanına getməmişəm. Sırf özüm baxıb öyrənmişəm.
- Yəqin ki, Avar əsilli olduğunuz üçün bu rəqsləri daha yaxşı bacarırsınız?
- Xeyr, Avarların hamısı rəqs edə bilmir ki. Bir çoxları rəqs edir, düşünürəm ki, bu da bir üstünlükdür.
- Rəqsdən, idmandan savayı başqa hansı bacarıqlarınız var?
- Hansı işə girişsəm, o işi bacaracağam. Çünki tez bir zamanda işə uyğunlaşıram.
- Rəsul Çunayev hansı biznes sahəsi ilə məşğuldur?
- Sırf idman sahəsinə bağlı olan bizneslərdir. Çünki mən bu sahəni daha yaxşı bilirəm. Digər bizneslər də hələ ki, qurulur. Bir neçə fitnes zalım var.
- Nə vaxtsa idman idman kariyeranızı bitirib, bu sahədən birdəfəlik getmək istərdiniz?
- Həyatdır da. Hər şey ola bilər.
- Özünüzə yaş həddi qoymusunuz?
- Xeyr, bunu mən indidən deyə bilmərəm. Allah nə yazıbsa o da olacaq. Hələ ki, güləşmək niyyətindəyəm.