Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 17:57
Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Moskva Bəyannaməsi mürəkkəb geosiyasi situasiya və reallıqlar fonunda milli diplomatiyamız və şəxsən Prezident İlham Əliyevin böyük diplomatik uğurudur. Qardaş Türkiyə ilə Şuşa Bəyannaməsindən sonra ən böyük qonşumuz olan Rusiya ilə imzalanmış bu sənəd müstəqilliyimizin möhkəmlənməsi və təhlükəsizliyimizin xarici təsirlərdən qorunması istiqamətində atılmış tarixi addımdır.
Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Moskva bəyannaməsinin detalları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları - siyasi şərhçilər Sahib Alıyev, İlqar Vəlizadə və Emin Əliyev mövzu ətrafında müzakirə aparıblar.
"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz: