Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar ürək-damar xəstəliklərinə qarşı faydasızdır - Alimlər

Bu qidalar ürək-damar xəstəliklərinə qarşı faydasızdır - Alimlər

Tarix: 23 Fevral 2022 22:00

Ürək xəstəliklərinin profilaktikası üçün bu vaxta kimi faydalı hesab edilən bəzi qidalar əhəmiyyətsiz hesab edilib.

Sonxeber.net xəbər verir ki, Oksford, Honk-Konq və Bristol universitetinin alimləri yeni elmi tədqiqatlarında bir çox tərəvəzlərin ürək-damar xəstəliklərinə təsir etmədiyini sübut edib.

Geniş miqyaslı analizlər 400 min insanın tibbi məlumatları üzərində aparılıb. Məlum olub ki, insanın çox miqdarda çiy və ya bişmiş tərəvəz yeməsi infarkt, insultun profilaktikasında rol oynamır, bu xəstəliklərdən ölüm riskini azaltmır.

Alimlər bir daha bu elmi işlə qidaların ürək-damar xəstəliklərinə təsiri barədə bir çox informasiyaların kifayət qədər əsaslı olmamasına diqqət çəkib.

Lakin onlar balanslaşdırılmış qidalanmanın tərəfdarıdır. Əsas tələb bədən çəkisi indeksinin normanı aşmamasıdır.

Bütün günü tərəvəz-meyvə yeməyin ürəyə elə də təsiri yoxdur və insanı infarktdan qoruması düzgün deyil. /medicina.az


Etiketlər:  qidalar ürək damar xəstəliklərinə qarşı faydasızdır Alimlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ