Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanın 48 saat ərzində Ukraynaya hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib

ABŞ Rusiyanın 48 saat ərzində Ukraynaya hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib

Tarix: 23 Fevral 2022 22:50

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın 48 saat ərzində hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Newsweek" saytı ABŞ kəşfiyyatındakı mənbəyə istinadla məlumat yayıb.

"Kəşfiyyat məlumatına əsaslanaraq Ukrayna prezidenti yaxın 48 saat ərzində Rusiyanın hücuma keçməsi ehtimalının yüksək olduğu barədə xəbərdar edilib. Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib" - deyə mənbə qeyd edib.

Ukrayna hökumətindəki mənbə də xəbərdarlığın alındığını bildirərək əlavə edib ki, bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.


Etiketlər:  ABŞ Rusiyanın saat ərzində Ukraynaya hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ