Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 16:08
Ukrayna üzərinə hücuma keçən Rusiya qoşunları daha bir istiqamətdən müdafiəni yarıb.
Sonxeber.net xəbər verir ki, Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Jitomir vilayətində Rusiya qoşunları dövlət sərhədini keçiblər.
Ukrayna sərhədçiləri və hərbçiləri onlarla qeyri-bərabər döyüşə girib, amma rusların texnikası Vilça sərhəd-keçid məntəqəsindən keçməklə Jitomir vilayətinə daxil olub. Jitomirdəki sərhəd qoşunları bazası "Qrad" raketləri ilə vurulub. "Sərhəd qoşunlarının bölmələri situasiyadan asılı olaraq ehtiyat mövqelərə çəkilirlər və Milli Qvardiya, silahlı qüvvələrlə qarşılıqlı əlaqədə hərəkət edirlər", - məlumatda deyilir.