Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 08:12
"Ukrayna tərəfi danışıqlardan imtina etdi. Kiyev rejiminin nümayəndələri bu məsələni sabaha qədər təxirə salmağı təklif etdilər".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarovanın açıqlaması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov feysbuk səhifəsində yazıb:
"Mən danışıqlardan imtina etməyimiz barədə bəyanatları təkzib edirəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər yer və vaxtla bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansı bir o qədər çox olar".