Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bizi uzunömürlü edən MƏHSULLAR

Bizi uzunömürlü edən MƏHSULLAR

Tarix: 27 Fevral 2022 08:36

ABŞ-ın Klivlend Klinikasının bir qrup elm adamı araşdırma aparıb və bitki tərkibli məhsulların uzunömürlülüyə təsir edən cəhətləri də daxil olmaqla, faydalı xüsusiyyətlərə sahib olduğu qənaətinə gəlib.

Saglamolun.az publika.az-a istinadla xəbər verir ki, siyahıya zərərli maddələri bədəndən atmaq qabiliyyətinə sahib yarmalar, göyərtilər, kələm, brokkoli, turp kimi tərəvəzlər daxildir. Bu məhsullar bədxassəli şişlərin inkişaf riskini və erkən ölümün başlamasını əhəmiyyətli dərəcədə azaldır.

Həkimlərin sözlərinə görə, brokkoli, Brüssel və gül kələmi, İsveçrə qarğıdalısı, şalqam və vasabi ən faydalı məhsullardır. Maksimum effekt əldə etmək üçün gün ərzində beş porsiya tərəvəz yeməlisiniz.

Həmçinin qanda şəkər və xolesterini tənzimləyən, təzyiqi normallaşdırmağa yardım edən paxlalılar (lobya, mərci, noxud) da uzunömürlülərin qidası sayılır. Yağlar arasında təbii zeytun yağı sağlamlığımız üçün çox faydalıdır.

Milli.Az


Etiketlər:  Bizi uzunömürlü edən MƏHSULLAR


RƏYLƏR