Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 16:22
"Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib".
Sonxeber.net xəbər verir ki, bu barədə Komitədən verilən məlumatda deyilir.
Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585,
Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.
Telefon nömrələri 24 saat aktivdir.